12px13px15px17px
Tarix:20/06/12

Rumıniya-Amerika Universiteti azərbaycanlılara kompyuter texnologiyalarından istifadə proqramı təklif edir

Rumıniyanın Buxarest şəhərində yerləşən Rumıniya-Amerika Universiteti ("Romanian-American University") Azərbaycan tələbələri üçün sərfəli qiymətə təhsil imkanı yaradır. Belə ki, bu ildən təhsil haqqı 2.200 avro olan universitet iqtisadiyyatda kompyuter texnologiyalarından istifadə və biznesin idarə olunması üzrə proqramlara qəbul elan edir.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə məlumat verən "Telebe.az" saytının rəhbəri Mürsəl Əliyev bildirib ki, ali təhsil ocağının nəzdində "Microsoft İT" mərkəzi, "Toyota" və digər böyük şirkətlərin nümayəndəlikləri var: "Bu universitetin üstünlükləri Avropa Birliyində təhsil imkanı, yaşayış xərclərinin aşağı olması, məzunlarını beynəlxalq səviyyədə tanınmış diplomla təmin etməsidir.

Universitetdə oxuyan hər bir tələbə təhsil aldığı müddətdə ABŞ, Almaniya İngiltərə, İspaniya, İtaliya, Portuqaliya ali təhsil ocaqlarında heç bir əlavə ödəniş etmədən bir semestr təhsil ala bilər". Şərtlərə gəlincə, bu universitetdə təhsil almaq üçün "TOEFL İBT" 80 və ya yuxarı, "İELTS" üzrə isə 6 və ya göstərici bal olmalıdır. Bundan əlavə, tələbələr "TOEFL" və "İELTS" olmadan universitetin daxili imtahanı ilə elə Azərbaycandan birbaşa olaraq ingilis dili üzrə biliklərini yoxlaya bilərlər. Sənəd qəbulunun son tarixi avqustun 15-nə qədərdir".
 

HƏQİQƏT




Baxış sayı: 821

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024