12px13px15px17px
Tarix:20/06/12

“Telebe.az” saytı ilk dəfə olaraq “Birləşmiş xaricdə təhsil sistemi forması”nı istifadəyə verir

“Telebe.az” saytı ilk dəfə olaraq “Birləşmiş xaricdə təhsil sistemi forması”nı istifadəyə verir. “ICTnews” elektron xəbər xidmətinə bu barədə saytın rəhbəri Mürsəl Əliyev məlumat verib.

Onun sözlərinə görə, bu sistemdə qeydiyyatdan keçməklə istənilən ölkədə təhsil almaq üçün Azərbaycanda fəaliyyət göstərən ən böyük tanınmış şirkətlərin xidmətlərindən istifadə etmək mümkün olacaq: “Həmin şirkətlər özləri birbaşa müraciət edənlərlə əlaqə saxlayacaqlar. Xidmət və keyfiyyət zəmanəti də təmin olunur”.

Bu sahədə 2008-ci ildən fəaliyyət göstərdiklərini deyən M.Əliyev bildirib ki, əməkdaşlıq etmək üçün şirkətlər haqqında məlumatlar ətraflı araşdırılır: “Qondarma şirkətlərə rast gəlinməməsi üçün əvvəlcədən əməkdaşlıq edəcəyimiz şirkətlərin müqavilələrini və digər məlumatları nəzərdən keçiririk. Seçimdə nüfuzlu ali təhsil müəssisələri ilə daha çox əməkdaşlıq müqavilələri olan şirkətlərə üstünlük veririk.

Bununla da biz xaricdə təhsil almaq istəyənləri təsadüfi qurumlara deyil, daha etibarlı şirkətlərə, peşəkarların əlinə veririk. “Birləşmiş xaricdə təhsil sistemi forması”nın yeni istifadəyə verilməsinə baxmayaraq, artıq müraciətlərin sayı artmaqdadır”.
 
HƏQİQƏT



Baxış sayı: 2707

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024