12px13px15px17px
Tarix:20/06/12

Məşhur virusu hazırlayan ölkələr məlum oldu

ABŞ və İsrail məlumatın toplanılması üçün nəzərdə tutulmuş “Flame” casus virusunu birgə hazırlayıblar. Bu barədə adlarının naməlum qalmasını istəyən qərb məmurlarına istinadən “Washington Post” qəzeti məlumat verib.

“İCTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, qəzetin mənbələri iddia edir ki, “Flame” virusunu ABŞ-ın Milli Təhlükəsizlik agentliyi, MKİ (Mərkəzi Kəşfiyyat İdarəsi) və İsrail hərbçiləri yaradıb.

Nəşr, ehtimal ki, ABŞ-ın maraqlarına ziyan vuracaq, çünki  Amerika hakimiyyəti ictimaiyyətdə kibersilahlanma yarışının   məhdudlaşdırılmasını fəal surətdə dəstəkləyir.

“Flame” virusu haqqında İranın mühəndisləri neftayırma zavodlarına edilmiş hücumu aşkar etdikdə məlum olub. İranın həyata keçirdiyi  əks-tədbirlər nəticəsində “Flame” virusu aşkar edildi.

Məlumat üçün bildirək ki, “Flame” virusunun hazırlanmasında dünya səviyyəli kriptoqraf və riyaziyyatçıların nailiyyətlərindən istifadə edilib. O, hətta ən təhlükəsiz şəbəkələrdə belə kompyuterdən kompyuterə keçmək xüsusiyyətinə malikdir. Sistemi yoluxduran  virus mikrofon, kamera və “Bluetooth”a çıxış əldə edir.

EMİL




Baxış sayı: 1350

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024