12px13px15px17px
Tarix:20/06/12

Yerli mobil operator gənclərə karyera qurması üçün məsləhətlər verib

Azərbaycan Dövlət İqtisad Universitetində Məzun Yarmarkası keçirilib. Azərbaycan Respublikasının Milli Qurtuluş Gününə həsr olunan bu tədbirdə 100-ə yaxın şirkət, holdinq və bank təmsil olunub.

Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) artıq altıncı ildir ki, ardıcıl olaraq məzunlar üçün belə tədbir təşkil edir. Burada ADİU ilə yanaşı, digər ali təhsil müəssisələrinin tələbə və məzunları da iştirak edirlər. Tədbirin keçirilməsinin əsas məqsədi istedadlı gənclərin karyera qurmasına, ilk iş yerini tapmasına yardımçı olmaqdır.

Hər dəfə olduğu kimi, bu il də “Azercell Telekom” MMC Məzun yarmarkasında fəal iştirak edib. Əmək sərgisində “Azercell”in ayrıca stendi nümayiş etdirilib. Şirkətin nümayəndələri “Azercell”də işə qəbul olunmaq arzusunda olan məzunlar üçün informasiya sessiyaları təşkil ediblər. Yarmarka iştirakçılarının çoxsaylı sualları cavablandırılıb, bu şirkətdə karyera qurmaq istəyində olan gənclərə məsləhətlər verilib. Universitet məzunlarına “Azercell”də vakant yerlər haqqında da məlumat verilib.

Qeyd edək ki, yarmarka Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutub. Ümumilikdə toplantı iştirakçılarına özəl sektorda karyera qurulması üçün vacib olan mövzular haqqında informasiya verilib.

İyunun 22-də isə  “Azercell Telekom” Qafqaz Universitetində tələbə və məzunlar üçün düzənlənən  Əmək yarmarkasında da iştirak edəcək. “Karyerada ilk addım” şüarı altında baş tutacaq bu mərasimdə 100-ə yaxın şirkət, dövlət və özəl qurumların təmsil olunacağı gözlənilir. 

“Azercell” təmsilçiləri iş axtaran gənclərə karyera qurmaq istiqamətində yardım edəcək, onları maraqlandıran sualları cavablandıracaqlar. “Azercell”in stendində şirkətin iş prinsipləri, kadr seçimində üstünlük verilən meyarlar haqqında informasiyalar yer alacaq. Burada həmçinin “Azercell”də tələbə və məzunlar üçün yaradılan imkanlar, gənclərin inkişafına yönələn proqram və layihələr haqqında da məlumat almaq mümkün olacaq.

“Azercell Telekom” MMC öz fəaliyyəti boyunca daim gənclərin inkişafına yönələn layihələr həyata keçirir. “Azercell”in təşəbbüsü ilə istedadlı tələbələr üçün Barama proqramı reallaşdırılır. Bundan əlavə, artıq neçə illərdir ki, şirkətin élan etdiyi Təqaüd proqramı çərçivəsində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan qabiliyyətli gənclərimiz “Azercell”dən əlavə təqaüd alırlar.

Həmçinin, “Azercell” aparıcı universitetlərlə əməkdaşlıq edir, bu təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsinə yardım göstərir. Məhz “Azercell”in təşəbbüsü və dəstəyi ilə Qafqaz Universitetində ilk dəfə olaraq “4G” laboratoriyası quraşdırılıb. “Azercell” bacarıqlı gənclərin uğurlu karyera qurması üçün öz dəstəyini heç vaxt əsirgəmir.




Baxış sayı: 856

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024