12px13px15px17px
Tarix:20/06/12

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin rəsmi saytı fəaliyyətə başlayıb

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin rəsmi saytı fəaliyyətə başlayıb.İstifadəçilər sayt vasitəsilə nəqliyyatın hərəkəti haqqında məlumatları dərhal əldə edə biləcəklər.

www.niim.az adlanan sayt vasitəsilə həm də istifadəçilər NİİM-ın fəaliyyəti və iş prinsipi haqda məlumat əldə edə bilər.

Saytda yollardakı mövcüd vəziyyət, nəqliyyat vasitələrinin hərəkət sürəti, nəqliyyat axınlarının intensivliyi, tıxacların yarandığı sahələr , tıxacın uzunluğu haqda operativ və dəqiq informasiyalar mövcuddur.

Həmçinin rəqəmsal xəritə üzərində avtobus marşrutları və dayanacaqları, avtobusun dayanacağa çatma vaxtı və transfer barədə məlumat almaq, statistik göstəricilərdən, yeniliklərdən və xəbərlərdən agah olmaq mümkündür.

Sayt hazırda iki dildə - Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir. Bu isə öz növbəsində Azərbaycana gələn turistlərin işini xeyli asanlaşdırmış olur. Saytın ana səhifəsində paytaxtın xəritəsi interaktiv olaraq yenilənir və bu istifadəçiyə istənilən zaman sayta daxil olarkən nəqliyyatın son vəziyyəti barədə məlumat almaq imkanı yaradır.

Qeyd edək ki, saytda mərkəzin fəaliyyəti haqqında sualları cavablandırmaq və əlavə məlumat əldə etmək üçün sual-cavab, istifadəçi təlimatı və əlaqə bölmələri yaradılıb.





Baxış sayı: 1659

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024