12px13px15px17px
Tarix:21/06/12

Azərbaycanda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətləri elektron qaydada qəbul olunur

“Azərbaycan Respublikasında yaşayan və müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qeydiyyatının aparılması, miqrasiya proseslərinin idarə edilməsində iştirak edən dövlət orqanlarının zəruri məlumatlarla təmin edilməsi, sənədləşmə, yoxlama, sorğu və təhlil işinin avtomatlaşdırılması, o cümlədən bu sahədə elektron xidmətlərin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Vahid Miqrasiya Məlumat Sistemi yaradılıb”.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə  Rusiya Federasiyasının Moskva vilayətinin Troitsk şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının on birinci iclasında  DMX-nin rəis müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayev  deyib.

Onun sözlərinə görə, bu sistem vasitəsilə ölkədə miqrasiya proseslərinə nəzarət həyata keçirilir.  P.Musayev həmçinin bildirib ki, Dövlət Miqrasiya Xidməti əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinin elektron qaydada qəbulu və baxılmasını tam təmin edib.

CAHANGİR




Baxış sayı: 1263

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024