12px13px15px17px
Tarix:21/06/12

BTİ “ICANN” təşkilatının rolunu həyata keçirməkdən imtina edib

Beynəlxalq Telekommunikasiya İttifaqının direktoru Hamadun Ture bildirib ki, mətbuatda ittifaqın internetdə domen məkanını idarə etməklə bağlı səlahiyyətlərə yiyələnmək istəməsi ilə bağlı yayılmış xəbərlər həqiqətə uyğun deyil və beynəlxalq idarə hələ ki "yeni ICANN" roluna iddia etməyə hazırlaşmır.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, Beynəlxalq Telekommunikasiya İttifaqının  2012-ci ilin dekabrında Dubayda keçirəcəyi konfransda 1988-ci ildən bəri baxılmayan Beynəlxalq Telekommunikasiya Əsasnaməsi müzakirə ediləcək.

Hamadun Ture bir gün əvvəl İsveçrədə bildirib ki, hazırda ittifaqın üzvü olan bəzi ölkələr internet-bloklama və qlobal şəbəkədə söz azadlığının məhdudlaşdırılması təcrübəsini sınaqdan keçirirlər.

Bu tədbirlər formal olaraq ittifaqın kodeksinə zidd deyil, lakin ittifaqa daxil olan digər ölkələr tərəfindən tamamilə bəyənilmir.
Hamadun Ture bildirib ki, onun idarəsi müəllif hüquqları və siyasi müzakirələrlə deyil, texniki suallarla məşğul olmağı üstün tutur.


EMİL




Baxış sayı: 1193

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024