12px13px15px17px
Tarix:22/06/12

“Ənənəvi KİV-dən onlayn mediaya” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Bakıda "Ənənəvi KİV-dən onlayn mediaya" mövzusunda beynəlxalq konfrans keçiriləcək. Tədbir Azərbaycan Mətbuat Şurasının, ATƏT-in Bakı ofisinin, Avropa Şurasının və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin birgə təşəbbüsü ilə 2012-ci ilin iyulun 17-də "Park İNN"-də təşkil olunacaq.

Bu barədə "ICTnews" elektron xəbər xidmətinə Mətbuat Şurasından məlumat verilib. Qurumdan qeyd edilib ki, konfransda kütləvi informasiya vasitələrinin rəhbərləri, onlayn media təmsilçiləri, yerli və beynəlxalq ekspertlər, müstəqil jurnalistlər, həmçinin dövlət və hökumət rəsmiləri iştirak edəcəklər.

Üç sessiyadan ibarət olacaq toplantıda əsasən onlayn medianın ənənəvi media ilə əvəzlənməsində qarşıya çıxan problemlər, mövcud sahədə tətbiq edilən beynəlxalq standartlar, internet idarəetmənin xüsusiyyətləri, bu istiqamətdəki qanunvericilik bazası ilə bağlı durum, sosial media və sosial şəbəkələrin cəmiyyət həyatındakı rolu və sair məsələlər müzakirə olunacaq.
 



HƏQİQƏT




Baxış sayı: 1311

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024