12px13px15px17px
Tarix:22/06/12

“Yahoo!” və “Facebook” patent iddialarının həll edilməsi üzrə danışıqlar aparır

“Yahoo!” və “Facebook” şirkətləri bu yaxınlarda aralarında yaranmış patent mübahisəsinin həll edilməsi məqsədi ilə danışıqlar aparırlar. "Hazırda tərəflər aralarında yaranmış mübahisənin tənzimlənməsi məsələsi ilə bağlı danışıqlar prosesi aparırlar" – “Yahoo!”nun hüquqşünası Kevin Smit bildirib. "Şirkətlər belə hesab edir ki, müzakirə nəticəsində hər iki tərəfi razı salan qərar qəbul ediləcək".

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, 2012-ci ilin martında “Yahoo!” internet-şirkəti  “Facebook”u 10 patentinin pozulmasında ittiham etmişdi.

Məlumat üçün bildirək ki, 1 ay sonra isə “Facebook” qarşılıqlı iddia qaldıraraq “Yahoo!”nu 10 patentinin pozulmasında ittiham etmişdi.
 



EMİL




Baxış sayı: 1360

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024