12px13px15px17px
Tarix:22/06/12

“Texniki yardımın səmərəli idarə olunması” mövzusunda seminar keçirilib

Gürcüstanın paytaxtı Tbilisi şəhərində Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələri üçün "Texniki yardımın səmərəli idarə olunması" mövzusunda 5-ci Şərq Tərəfdaşlığı Dövlət İdarəçiliyi İslahatları seminarı keçirilib.

Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti Aləti çərçivəsində Şərq Tərəfdaşlığı ölkələrinə göstərdiyi texniki yardımlar və onların idarə edilməsi barədə anlayışın artırılması məqsədi ilə Estoniya Şərq Tərəfdaşlığı Mərkəzi tərəfindən təşkil edilmiş tədbirdə Şərq Tərəfdaşlığı ölkələri ilə yanaşı, Avropa İttifaqının Gürcüstan nümayəndəliyinin, Gürcüstanın Dövlət Qulluğu Bürosunun nümayəndələri də iştirak edib.

 Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan "ICTnews" elektron xəbər xidmətinə verilən məlumata görə, Komissiyanın aparıcı məsləhətçisi Nərmin Zeynalova seminarda iştirak edib və Komissiyanın Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "SİGMA" layihəsi çərçivəsində həyata keçirdiyi tədbirlər barədə məlumat verib.

Tədbirdə Şərq Tərəfdaşlığı ölkələrinin ekspertləri tərəfindən texniki yardımların idarə edilməsi ilə bağlı hazırlanmış hesabatlar müzakirə edilib və Avropa İttifaqı tərəfindən maliyyələşdirilmiş proqram və layihələrin səmərəli şəkildə proqramlaşdırılması, hazırlanması və idarə edilməsi ilə bağlı tədbir iştirakçılarına məlumat verilib.


CAHANGİR




Baxış sayı: 831

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024