12px13px15px17px
Tarix:22/06/12

Azərbaycanlı “Twitter”in ən maraqlı bloqqerləri siyahısına daxil edildi

Azərbaycan mənşəli türk jurnalist Mahir Zeynalov Amerikanın nüfuzlu "Foreign Policy" jurnalının qiymətləndirilmələrinə əsasən  "Twitter"in ən maraqlı bloqqeri siyahısına daxil edilmişdir.

Jurnal "Twitter"də izləməyi məsləhət gördüyü 100 bloqqerin siyahısını vaxtaşırı dərc edir."Foreign Policy" seçməsini – "Twitterati-100" jurnalının saytında tapmaq olar.

30 000-dən çox  izləyicisi olan "Twitterati"yə "Twitter" sosial şəbəkəsinin istifadəçiləri qəbul edilmişdir.
 Bu il "The FP Twitterati-100"-ün siyahısına  Türkiyənin xarici siyasəti, həmçinin dünya siyasəti mövzularında yazan türk "Today's Zaman" qəzetinin jurnalisti Mahir Zeynalov daxil olmuşdur.

İstanbulda işləyərək, Zeynalov həmçinin  Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin  və Alimlərin Avrasiya Assosiasiyasının birgə çıxartdığı  (Ankara, Türkiyə)  Cənubi Qafqazın akademik jurnalı  "Caucasus International"ın redaktorudur.




Baxış sayı: 1435

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024