12px13px15px17px
Tarix:13/07/11

Noutbuklar üçün dünyada ən sürətli qrafik prosessor

“AMD” şirkəti bu gün portativ kompyuterlər üçün ən məhsuldar qrafik prosessor – “Radeon HD 6990M” təqdim edib. İstehsalçıların bəyanatlarına əsasən, “Radeon HD 6990M”-in sürət artımı bazarda olan noutbuklar üçün “high-end” sinfinin istənilən digər qrafik çipi ilə müqayisədə 25%-ə çatır. Yeni prosessor saniyədə (teraflops) üzən vergüllə 1,6 trilyon əməliyyata qədər məhsuldarlığı təmin edir.
“Radeon HD 6990M” “DirectX 11” və “OpenGL 4.1” proqram interfeyslərini, “CrossFireX” texnologiyasını, “HD3D” irihəcmli təsvirin formalaşması vasitəsi və şəklin bir neçə ekrana çıxarılmasını təmin edən “Eyefinity” sistemini dəstəkləyir. “DisplayPort 1.2, HDMI 1.4a”, “DVI” və “D-Sub” interfeyslərindən istifadə mümkündür.
Yenilik 1 120 axın prosessoru və 56 tekstur blokdan ibarətdir; 256 bitlik şinlə “GDDR5” yaddaşın həcmi 2 QB təşkil edir. Çip və yaddaş nüvəsinin tezliyi 715 və 3 600 MHz-dir. Qrafik çip oyun leptopları və noutbuklarda istifadə üçün nəzərdə tutulub.



Baxış sayı: 1220

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024