12px13px15px17px
Tarix:25/06/12

“AzScienceNet” şəbəkəsi istifadəçilərə hostinq, distant təhsil kimi xidmətlər göstərəcək

“Ölkəmizdə e-elm siyasətinin bərqərar olması, dünyanın elmi şəbəkə qurumlarına inteqrasiya proseslərinin təşkili Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) qarşısında duran mühüm vəzifələrdəndir.

İTİ-də bu istiqamətdə mərhələli şəkildə kompleks işlər həyata keçirilir”-  Bu barədə  məlumat verən AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Rasim Əliquliyev  http://www.yap.org.az/view.php?lang=az&menu=20&iv=1&id=22184 saytına müsahibəsində bildirib ki, bu yaxınlarda e-elmin şəbəkə platforması olan AzScienceNet elm kompyuter şəbəkəsinin İdarəetmə Mərkəzinin açılışı olub.

“Ölkədə e-elmin perspektivli inkişafında mühüm rol oynayan AzScienceNet AMEA-nın institut və təşkilatlarını zəruri olan şəbəkə xidmətləri ilə təmin edir. AMEA-nın elmi işçilərinin fəaliyyətinin yüksək səviyyədə, beynəlxalq tələblər əsasında qurulması məqsədlərinə xidmət edən Verilənlərin Emalı Mərkəzi (Data Center) yaradılıb. Bu isə, öz növbəsində, Azərbaycanın elmi-tədqiqat şəbəkəsinin Avropanın müvafiq şəbəkə infrastrukturuna inteqrasiyası baxımından mühüm addımdır.

Bu gün AzScienceNet-in istifadəçilərinə hostinq, distant təhsil, AZ-CERT, EduROAM və s. xidmətlərin göstərilməsi üçün şəbəkənin fəaliyyətinin yüksək səviyyədə təşkili istiqamətində texniki və təşkilati tədbirlər görülür”. İnstitut  direktoru bildirib ki, bu işlər “Azərbaycan Respublikasında 2009-2015-ci illər üzrə Elmin İnkişafına dair Milli Strategiya” çərçivəsində həyata keçirilir.




Baxış sayı: 674

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 May 2020

25 05 2020