12px13px15px17px
Tarix:25/06/12

Tələbələr robot-qapıçı hazırlayıblar

 Birləşmiş Ərəb Əmirliyində (BƏƏ) yerləşən Xəlifə Universitetinin tələbə-mühəndisləri robot-qapıçı hazırlayıblar.

“ICTnews.az” elektron xəbər xidməti “ria.ru” saytına istinadən  bildirir ki, elektronika ixtisasında oxuyan 4 tələbə BƏƏ-də keçirilmiş mühəndislər və Elektronika İnstitutunun müsabiqəsi üçün robot hazırlayıblar və əsas mükafatı udublar.

Onların dediklərinə görə, robotun qurulması zamanı ən sadə materiallar (taxta planka və alüminium tirlər) istifadə olunub.

Robotun ona quraşdırılmış kamera vasitəsilə çəkdiyi şəkillərdə foto müəyyən edən proqramlar topu axtarmağa başlayırlar. Proqram topun hədəfə istiqamətləndiyini aşkar edən kimi robota quraşdırılmış vizual sistem topun istiqamətini və onun düşəcəyi yeri təyin edir.

Bu informasiya robotun intellektual sisteminə, daha dəqiq desək, xüsusi kompyuter qurğusuna ötürülür. Həmin qurğu “qapıçı”nı topun hərəkət trayektoriyasının istiqaməti üzrə hərəkət etdirmək və zərbəni dəf etmək üçün robota müvafiq əmrlər verir.

Tələbələr öz hazırlamalarını "roboqolkiper" adlandırıblar."Biz müsabiqədə hədəfə istiqamətlənən zərbələrin 90 faizini dəf etməyi bacardığımız üçün qalib gəldik”.

EMİL




Baxış sayı: 1298

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024