12px13px15px17px
Tarix:27/06/12

“Microsoft” sosial şəbəkə istehsalçısını satın alıb

“Microsoft” korporasiyası korporativ sosial şəbəkə istehsalçısı – “Yammer” şirkətini satın almasını bildirib. Bu barədə “Microsoft”un rəsmi bloqunda məlumat verilib. Sazişin qiyməti 1,2 milyard dollar təşkil edir.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Yammer” “Microsoft”un “Office” proqramları paketinin hazırlanması üçün cavabdehlik daşıyan bölməsinin hissəsi olacaq. Rəhbər isə şirkətin hazırkı baş direktoru Devid Saks olaraq qalacaq.

“Microsoft” şirkətinin nümayəndələri “Yammer”in fəaliyyətini müstəqil xidmət kimi davam etdirəcəyi və əvvəlki kimi müxtəlif platformalarda əlçatan olacağı ilə bağlı söz veriblər.

Məlumat üçün bildirək ki, “Yammer” şirkətin daxilində sosial şəbəkə açmaq imkanı yaradır və həmin şəbəkəyə yalnız əməkdaşlar çıxış imkanına malik ola bilərlər. Sosial şəbəkə iştirakçıları qruplar yarada, foto və videoyazılarla mübadilə edə və müzakirələrdə iştirak edə bilərlər.
“Yammer” xidməti 2008-ci ildə istifadəyə verilib. Hazırda 5 milyon korporativ istifadəçini özündə birləşdirir.
 
EMİL



Baxış sayı: 1243

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024