12px13px15px17px
Tarix:27/06/12

Parisin metro stansiyalarında və dəmiryol vağzallarında pulsuz “Wi-Fi” xidməti işə salınıb

Paris şəhərinin metro stansiyalarında və dəmiryol vağzallarında pulsuz “Wi-Fi” simsiz şəbəkə texnologiyası istifadəyə verilib. Layihəni İspaniyanın "Qoues" şirkəti həyata keçirib.

“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, Paris metrosu təxminən 300 stansiyadan ibarətdir. İstifadəçilər ictimai nəqliyyatın 46 zonasında qlobal şəbəkəyə pulsuz simsiz çıxış imkanı əldə ediblər. Ümumilikdə meqapolisin 66 ərazisində (həm yerüstü, həm də yeraltı) pulsuz “Wi-Fi” xidmətinə qoşulmaq mümkündür.

Şirkətdən bildiriblər ki, telekommunikasiya avadanlığının quraşdırılması üçün müvafiq yerlər aşağıdakı şərtlərə əsaslanaraq seçilib: "həmin stansiyalarda daha çox turist və ya iş adamları olmalıdır". Beləliklə, qlobal şəbəkəyə pulsuz çıxış imkanı əldə edən yeni zonalar siyahısına Bastiliya meydanı, Defans biznes rayonu, Şimal vağzalı kimi iri nəqliyyat qovşaqları düşüb.




EMİL




Baxış sayı: 1253

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024