12px13px15px17px
Tarix:27/06/12

Nazirlər Kabineti “Elektron hökumət” portalı ilə bağlı qərar qəbul edib

Azərbaycan Respublikasının Nazirlər Kabineti  "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına baxılması, qəbul edilməsi və təsdiqi qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 iyul tarixli 483 nömrəli Fərmanının 3.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə "Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının hazırladıqları normativ hüquqi aktların layihələrinin "Elektron hökumət" portalında yerləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi barədə 2012-ci il 25 iyun tarixli 142 nömrəli qərar qəbul edib.

“İCTnews” elektron xəbər xidmətinin Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, qərarda qeyd olunur ki,  "Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının hazırladıqları normativ hüquqi aktların layihələrinin "Elektron hökumət" portalında yerləşdirilməsi Qaydaları" təsdiq edilsin.

Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə tapşırılsın ki, 1 ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının hazırladıqları normativ hüquqi aktların layihələrinin "Elektron hökumət" portalında yerləşdirilməsi üçün zəruri olan texniki imkanları təmin etsin.
 
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının hazırladıqları normativ hüquqi aktların layihələrinin "Elektron hökumət" portalında yerləşdirilməsi
 
Q A Y D A L A R I
 
1. Ümumi müddəalar
 
1.1. Bu Qaydalar "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına baxılması, qəbul edilməsi və təsdiqi qaydası haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 iyul tarixli 483 nömrəli Fərmanının 3.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır.
 
1.2. Bu Qaydalar Azərbaycan Respublikasının Nazirlər Kabineti və mərkəzi icra hakimiyyəti orqanları (bundan sonra - informasiya sahibləri) tərəfindən hazırlanmış normativ hüquqi aktların layihələrinin (bundan  sonra -   layihələr) "Elektron hökumət" portalında (bundan sonra - portal) yerləşdirilməsi, layihələrin açıq (ictimai və ya peşəkar) müzakirəsi (bundan sonra - müzakirə), həmçinin müzakirədə iştirak etmiş şəxslərə informasiya sahibləri tərəfindən cavab verilməsi qaydalarını müəyyən edir.
 
1.3. Layihələr (əldə olunması qanunvericiliklə məhdudlaşdırılan informasiyanı əks etdirən layihələr istisna olmaqla) razılaşdırılmağa göndərildiyi andan ictimai və ya peşəkar müzakirəyə çıxarılması məqsədi ilə informasiya sahibləri üçün portalda yaradılmış xüsusi bölmədə yerləşdirilir.
 
1.4. Layihələrin informasiya sahibləri tərəfindən portalda yerləşdirilməsi üçün zəruri olan texniki imkanlar Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi  tərəfindən təmin edilir.
 
1.5. Normativ hüquqi aktların layihələri razılaşdırılmağa göndərildiyi andan bilavasitə həmin layihəni hazırlamış dövlət orqanı tərəfindən portalda yerləşdirilir.
 
1.6. Layihənin müzakirəsində iştirak etmək istəyən şəxslər portalda tələb olunan qeydiyyatdan keçməlidirlər.
 
 2. Layihələrin portalda yerləşdirilməsi
 
2.1. Layihələrin portalda yerləşdirilməsini təmin etmək məqsədi ilə informasiya sahibi məsul şəxsi müəyyən edir və onu elektron imza ilə təmin edir.
 
2.2. Məsul şəxs layihələrin portalda yerləşdirilməsi üçün elektron imzadan istifadə etməklə müvafiq autentifikasiyadan keçməlidir.
 
2.3. Məsul şəxs bu Qaydalarla müəyyənləşdirilmiş texniki tələblərə uyğun olaraq, layihələri hazırlayır və istifadə təlimatına uyğun qaydada portalın xüsusi bölməsinə yerləşdirir. İstifadə təlimatı portalın xüsusi bölməsindən əldə olunur.
 
2.4. Portalın xüsusi bölməsində yerləşdirilmiş layihə portalın məsul şəxsi tərəfindən onun bu Qaydalarla müəyyənləşdirilmiş texniki tələblərə uyğunluğu  yoxlanıldıqdan sonra  müzakirəyə açılır.
 
2.5. Layihə texniki tələblərə uyğun olmadıqda, portalın məsul şəxsi tərəfindən çatışmazlıqlar dəqiq göstərilməklə, 1 iş günü ərzində informasiya sahibinə məlumat verilir. İnformasiya sahibi tərəfindən 1 iş günü ərzində çatışmazlıqlar aradan qaldırıldıqdan sonra layihə  portalda yerləşdirilir. 
 
 3. Layihənin portalda yerləşdirilməsinə dair texniki tələblər
 
 Layihələrin portalda yerləşdirilməsi zamanı informasiya sahibi aşağıdakıları təmin etməlidir:
 
3.1.1. layihənin mətni İSO 10646 (Unicode) beynəlxalq standartına uyğun fondlardan istifadə edilərək hazırlanmalıdır;
 
3.1.2. layihə ilə birlikdə aşağıdakı məlumatlar portalda yerləşdirilməlidir:
 
3.1.2.1. informasiya sahibinin adı;
 
3.1.2.2. layihənin adı;
 
3.1.2.3. müzakirə müddəti;
 
3.1.2.4. layihənin razılaşdırılmasında iştirak edən dövlət orqanlarının və  təşkilatlarının siyahısı. 
 
3.2. Portalın inzibatçılığını həyata keçirən orqan layihələrin portalda yerləşdirilməsi zamanı aşağıdakıları təmin etməlidir:
 
3.2.1. layihələrə sərbəst və ödənişsiz çıxış imkanını;
 
3.2.2. layihənin tam mətninin və ya onun istənilən fraqmentinin köçürülməsi və axtarışı imkanını;
 
3.2.3. layihəyə dair portalda şəxslər tərəfindən verilmiş irad və təkliflərin yalnız informasiya sahibi üçün açıq olmasını;
 
3.2.4. layihə ilə əlaqədar irad və təkliflər vermiş şəxslərə informasiya sahibləri tərəfindən portal vasitəsilə cavab göndərilməsi üçün texniki imkanı.
 
 4. Layihənin müzakirəsi
 
4.1. Layihənin hazırlanması üçün qanunvericiliklə və ya normayaratma orqanının tapşırığı ilə 2 ay və ya daha az müddət müəyyən edildiyi hallarda  informasiya sahibi layihənin müzakirəsi üçün 5 gündən, digər hallarda isə 10 gündən az vaxt müəyyənləşdirməməlidir.
 
4.2. Müzakirə müddəti bitmiş layihələr portaldan çıxarılır.
 
4.3. Verilmiş irad və təkliflər nəzərə alınmaqla layihə üzərində dəyişikliklər edildikdə, hazırlanmış yeni variant razılaşdırılmağa göndərildiyi andan bu Qaydalara uyğun olaraq portalda yerləşdirilir.
 
4.4. Layihənin yeni variantı razılaşdırılmağa göndərildikdən və ya təsdiq edilmək üçün normayaratma orqanına təqdim edildikdən sonra "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş müddət ərzində irad və təklifləri məqsədəuyğun hesab edilməyən  şəxslərə  layihəni portalda yerləşdirmiş dövlət orqanı tərəfindən bu barədə portal vasitəsilə əsaslandırılmış cavab göndərilir.
 
4.5. Müzakirəsi tam başa çataraq təsdiq üçün normayaratma orqanına təqdim edilmiş layihələrlə əlaqədar yaranmış bütün məlumatlar arxivləşdirilir və siyahısı portalda saxlanılır.
 
4.6. Portalın fəaliyyətinin həyata keçirilməsi ilə bağlı bu Qaydalarda nəzərdə tutulmayan texniki məsələlər portalın fəaliyyətini nizamlayan sənədlərlə tənzimlənir.

CAHANGİR




Baxış sayı: 921

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Yanvar 2020

23/01/20
“Ağıllı” qurğuların tədarük həcmi 3 milyardı ötəcək

“Canalys” tədqiqat şirkətinin analitikləri yaxın illərdə “ağıllı” qurğuların tədarük həcminin yüksək

23/01/20
“Xiaomi” 5 cihaz üçün universal enerji doldurma qurğusunu təqdim edib

“Xiaomi” şirkəti “Youpin” kraudfandinq platformasında çoxsaylı cihazların sahibləri üçün nəzərdə

23/01/20
Universal yaddaş tipi hazırlanıb

Böyük Britaniyanın Lankaster Universitetinin tədqiqatçıları tərəfindən hazırlanmış yeni yaddaş tipi həm

23/01/20
“JDI” unikal biometrik skaner nümayiş etdirib

Daha çox “JDI” kimi tanınan “Japan Display Inc.” şirkəti dünyada yüksək dəqiqliklə və sürətlə barm

23/01/20
“Facebook” robotlara xəritəsiz hərəkət etməyi öyrədib

“Facebook” tərəfindən hazırlanmış süni intellekt robotlara xəritəsiz hərəkət etməyə imkan verir. Bu haqda

23/01/20
İlk “General Motors” sürücüsüz elektromobili nümayiş olunub

“General Motors” şirkətinin “Cruise” bölməsi “Origin” adlı ilk sürücüsüz elektromobil

23/01/20
Çində dünyanın ən böyük teleskopu işə salınıb

Çində dünyanın ən böyük “FAST” (Five hundred meter Aperture Spherical Telescope) teleskopu rəsmən istifad

23/01/20
Hindistan kosmosa insanabənzər robot göndərəcək

Hindistanın Kosmik Tədqiqatlar Təşkilatı yanvarın 22-də pilotsuz kosmik uçuşa göndəriləcək insanabənzər

23/01/20
“Xiaomi Mi10” smartfonunun təqdimat tarixi məlum olub

“Xiaomi Group” şirkətinin həmtəsisçisi və vitse-prezidenti Lin Bin qabaqcıl “Mi10” smartfonunun təqdim ed

22 01 2020

22/01/20
“Apple” yeni ucuz “iPhone” smartfonunu təqdim etməyi planlaşdırır

“Apple” şirkəti fevralda ucuz “iPhone” smartfonunun yığılmasına başlamaq niyyətindədir. Bu haqda öz mənbə

22/01/20
“Clearview AI” texnologiyası ABŞ polisinə cinayətlərin araşdırılmasında kömək edir

ABŞ-ın hüquq-mühafizə orqanları sosial şəbəkə istifadəçilərini “Clearview AI” sifətin tanınması texnologi

22/01/20
“Gartner”: 2022-ci ilədək “5G” smartfonlarının satış həcmi artacaq

“Gartner” tədqiqat şirkəti 2020-ci ildə smartfonların satış həcminin artımı ilə bağlı öz proqnozunu açıq

22/01/20
Saniyədə trilyon kadr çəkən çox sürətli kamera təqdim olunub

Kaliforniya İnstitutunun alimləri saniyədə trilyon kadr çəkmək imkanına malik olan çox sürəli kamera

22/01/20
Yeni alqoritmin köməyilə adi fərdi kompüterlərin məhsuldarlığı min dəfə yüksələcək

“Toshiba” şirkətinin mühəndisləri Hayato Qoto və Kosuke Tasumura tərəfindən hazırlanmış proqram alqoritmi

22/01/20
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyinin keçirəcəyi növbəti vətəndaş qəbullarının vaxtı açıqlanıb

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin şəhər

22/01/20
Lazerli printerin ixtiraçısı vəfat edib

ABŞ-da lazer şüası texnologiyasından istifadə edilməklə hazırlanan dünyada ilk lazerli printerin ixtiraçı

22/01/20
İngiltərədə sürücüsüz işləyən avtobusların sınaqlarına başlanılıb

İngiltərədə sürücüsüz işləyən avtobusların sınaqlarına başlanılıb. Öncə nəqliyyat vasitəsi “Cribbs Cau

22/01/20
“Sony” şirkəti “4K” ekranlı və “5G” dəstəkli ilk smartfon hazırlayır

Gələcək qabaqcıl “Sony Xperia” smartfonu hazırda kommersiya bazarında heç bir qurğunun malik olmadığı uni

22/01/20
Bərpa edilmiş qabaqcıl “Apple” smartfonlarının satışına başlanılıb

“Apple” şirkəti bərpa edilmiş qabaqcıl “iPhone XS” və “iPhone XS Max” smartfonlarının satışına başlayıb.