12px13px15px17px
Tarix:28/06/12

ABŞ-ın Poçt xidmətinin əməkdaşları ixtisarlara etiraz olaraq aclıq aksiyasına başlayıb

ABŞ Poçt xidmətinin əməkdaşları poçt xidməti sahəsində gözlənilən ixtisarlara etiraz olaraq aclıq aksiyasına başlayıblar. Aclıq aksiyasının 3 gün davam etdiriləcəyi nəzərdə tutulub. Aksiyanın iştirakçıları Poçt Xidməti idarəsindən iyul ayı üçün nəzərdə tutulmuş 48 poçt müəssisəsinin bağlanması və ya birləşdirilməsi planını təxirə salmağı tələb edirlər.

Aclıq aksiyasının iştirakçıları bildiriblər ki, “küçə yürüşləri və etiraz aksiyaları ilə daha heç bir nəticəyə nail olmaq mümkün deyildir. Ona görə də məcbur olub aclıq aksiyası keçirməyə qərar verməliyik”.

Qeyd edək ki,  ABŞ Poçt Xidmətinin nəzərdə tutduğu ixtisar və yenidən strukturlaşma planına əsasən 2014-cü ilin sonuna kimi 229 poçt müəssisəsinin fəaliyyətinin dayandırılması və ya birləşdirilməsi gözlənilir. Yenidən strukturlaşma nəticəsində isə ümumilikdə 28 min iş yerinin bağlanacağı proqnozlaşdırılır.




Baxış sayı: 1496

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024