12px13px15px17px
Tarix:28/06/12

ƏƏSMN-in göstərəcəyi elektron xidmətlərin reqlamentləri ictimai müzakirəyə çıxarılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən əhaliyə göstəriləcək elektron xidmətlərin inzibati reqlamentləri hazırlanaraq nazirliyin rəsmi internet portalındakı “e-Xidmətlər” bölməsində ictimai müzakirəyə təqdim olunur.

“ICTnews” elektron xəbər xidmətinə bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏCMN) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Şöbədən bildirilib ki, respublika prezidentinin 23 may 2011-ci il tarixli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət dairəsi üzrə 11 elektron xidmətin göstərilməsi nəzərdə tutulur: “Bunlar “Məşğulluqla bağlı, habelə peşə hazırlığı, əlavə təhsil və haqqı ödənilən ictimai işlərə cəlb olunmaq üçün müraciətin və sənədlərin qəbulu”, “Peşə seçimi ilə bağlı onlayn testləşdirmə”, “Məşğulluq orqanları vasitəsilə iş axtarışı”, “İşəgötürənlərin hesabatlarının onlayn təqdim olunması”, “İşsizlik statusunun verilməsi və müavinətinin təyin edilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “İşsizlik müavinətinin məbləğinin hesablanması kalkulyatoru”, “İstehsalatda baş verən bədbəxt hadisə barədə aidiyyəti dövlət strukturuna məlumatların verilməsi”, “Ünvanlı sosial yardım verilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “Dövlət sosial təminat xidmətləri üzrə müraciətin və sənədlərin qəbulu”, “Sosial müavinətlərin və təqaüdlərin hesablanması üzrə sosial kalkulyator”, “Əlilliyin müəyyən edilməsi, tibbi-sosial reabilitasiyanın həyata keçirilməsi, protez-ortopedik məmulatların və reabilitasiya vasitələrinin təminatı üçün müraciətin və sənədlərin qəbulu” e-xidmətlərindən ibarətdir”. Nazirlikdən vurğulanıb ki, qeyd olunan e-xidmətlərin inzibati reqlamentləri ilə bağlı fikir və təklifləri nazirliyin rəsmi internet resursu üzərindən (“e-Müraciət” bölməsi) göndərmək mümkündür.
 
HƏQİQƏT




Baxış sayı: 1197

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024