12px13px15px17px
Tarix:28/06/12

Videofaylları ötürə və foto çəkə bilən eynək yaradılıb

"Google" şirkəti San-Fransiskoda start götürmüş “Google I/O” konfransında "Google Glass Explorer Edition" adlı yeni qurğusunu  təqdim edib. Bu qurğunun gələcəkdə insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevriləcəyi bildirilib.

“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, “Google” şirkətinin həmtəsisçisi Serqey Brinin sözlərinə görə, hələ ki yalnız konfrans iştirakçıları qurğunu sifariş edə bilərlər və onun qiyməti 1500  dollar təşkil edir.

Eynək videokamera kimi işləyir: təsvirləri real zaman rejimində ötürməyə imkan yaradır. "Google"-un köməkçiləri təqdimat zamanı meqapolisin üzərində süzən dirijabldan paraşütlər vasitəsilə qonşu binanın damına eniblər və daha sonra eynəyi idman velosipedlərində konfrans zalına gətiriblər. "Səyahət" təsviri  yeni qurğu vasitəsilə yayımlanırdı və dərhal da iri ekrana ötürülürdü.

Serqey Brin qeyd edib ki, qurğu videofaylları ötürə və foto çəkə bilir. "Beləliklə, artıq sizin gördüklərinizi həmin saniyə milyonlar görəcək" - o bildirib.

"Google" şirkətinin nümayəndələri qurğunun geniş kütləyə təqdim edilməsi ilə bağlı suala cavab verməkdə çətinlik çəkiblər.
 
EMİL




Baxış sayı: 1265

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024