12px13px15px17px
Tarix:28/06/12

Bəhram Xəlilov: “E-qeydiyyat Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın işini yüngülləşdirib”

23 may 2011-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərman imzalayıb. Həmin fərmanda mərkəzi icra hakimiyyəti orqanları qarşısında elektron xidmətin təşkili üçün bəzi tədbirlərin həyata keçirilməsi tələbi qoyulub.

Fərmana uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın elektron xidmətlər göstərilməsinin təşkili ilə bağlı "Tədbirlər planı" hazırlanıb, təsdiq edilib.

DQMK-nin mətbuat xidmətindən “İCTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, bu fikirləri komissiyanın sədri Bəhram Xəlilov bildirib. Onun sözlərinə görə, komissiyanın göstərdiyi elektron xidmətlər sırasında dövlət qulluğuna qəbul edilmək üçün e-qeydiyyatı xüsusi vurğulamaq lazımdır:  “Bu, namizədlərin əlavə vaxt itkisinin və əlavə xərclərinin qarşısını almaqla yanaşı, komissiyanın da işini yüngülləşdirib”.




CAHANGİR
 
 




Baxış sayı: 1455

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024