12px13px15px17px
Tarix:29/06/12

Asiyanın ən böyük məişət texnikası və elektronika sərgisi keçiriləvək

5-8 iyul tarixlərində Çinin Sindao şəhərinin “Qingdao International Convention Center” kompleksində “SinoCES”  (China International Consumer Electronics Show) sərgisi keçiriləcək. İllik sərgi Asiya regionunda məişət texnikasının və elektronikanın nümayişinə həsr edilmiş  ən böyük və məşhur sərgilərdən biridir.

Bu sərgidə iştirak Asiya regionunda məhsulu irəli çəkməyə və yeni partnyorları tapmağa imkan verir. İlk dəfə  “SinoCES” 2003-cü ildə keçirilib. “Microsoft”, “HP”, “IBM”, “GE”, “Apple”, “Sony”, “Panasonic”, “Toshiba”, “İntel”, “Oracle”, “Dolby Laboratories”, “Samsung”, “LG” və “Haier”, “TCL”, “Hisense”, “Changhong” kimi nəhəng İT şirkətləri sərgiyə dəstək göstərirlər.

Keçənilki nümayişdə dünyanın 1000-dən çox şirkətinin nümayəndələri iştirak ediblər. “SinoCES”-də müxtəlif məişət texnikası və elektronika, kompyuterlər, inteqral mikrosxemlər, yarımkeçiricilər, mobil rabitə  avadanlıqları, audio  və videotexnika, rəqəmli məzmun, portativ ofis avadanlıqları,  proqram əlavələri və həllər  diqqətə çatdırılacaq.Bu il sərgi sahəsi 45 000 kv.m təşkil edəcək; 500 eksponentin iştirak edəcəyi gözlənilir.




Baxış sayı: 901

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024