12px13px15px17px
Tarix:29/06/12

Akif Musayev: “Elektron audit, elektron ticarətə nəzarətin təmini, elektron xidmətlərin genişləndirilməsi gələcək hədəflərdir”

Vergilər Nazirliyinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində Mərkəzin 10 illiyinə həsr olunmuş “Azərbaycan: 2020 – Gələcəyə baxış Konsepsiyasında vergi siyasətinin rolu” mövzusunda dəyirmi masa keçirilib.

Bu barədə “ICTnews” Elektron xəbər xidmətinə Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən məlumat verilib. Şöbədən qeyd edilib ki, vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi, AMEA-nın müxbir üzvü, professor Akif Musayev “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında vergi siyasətinin rolu” mövzusunda geniş təqdimatla çıxış edib.

A.Musayev əsas hədəflərdən, bu hədəflərə çatmaq üçün yeridilən vergi siyasətindən, onun  həyata keçirilməsi metodları barədə dəyirmi masa iştirakçılarına məlumat verib. Onun sözlərinə görə, fiziki şəxslərin gəlir vergisinin təkmilləşdirilməsi, transfer qiymətlərinin tətbiqi mexanizminin yaradılması, nağdsız ödənişlərin stimullaşdırılması, vergi ödəyiciləri ilə vergi orqanları arasında partnyorluq prosedurlarını tənzimləyən normativ-hüquqi bazanın yaradılması əsas istiqamətlərdəndir.

Bundan başqa, hədəflərə elektron audit, elektron ticarətə nəzarətin təmin olunması, vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin genişləndirilməsi və təkmilləşdirilməsi, vergi yükünün tədricən istehsaldan istehlaka keçirməsi üçün təkliflərin hazırlanması, sahibkarlıq fəaliyyəti üçün əlverişli vergi mühitinin yaradılması daxildir.

Həmçinin, ƏDV-nin tətbiqi mexanizminin təkmilləşdirilməsi, daxildə istehsal olunan və idxal edilən mallara aksizlərin tətbiqi mexanizminin təkmilləşdirilməsi, vergi dərəcələrinin optimallaşdırılması, vergidən azadolmaların və vergi güzəştlərinin minimuma endirilməsi yolu ilə vergitutma bazasının genişləndirilməsi, əmlak və torpaq  vergilərinin bazasında vahid daşınmaz əmlak vergisinin tətbiqi üçün qanunvericilik bazasının yaradılması və s. gələcəkdə nəzərdə tutulan vergi siyasətinin əsas inkişaf istiqamətlərindəndir.
 
 
HƏQİQƏT




Baxış sayı: 1534

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024