12px13px15px17px
Tarix:30/06/12

“Android” əməliyyat sistemi “Flash” texnologiyasını dəstəkləməyəcək

“Android” əməliyyat sistemi “Jelly Bean” versiyasından etibarən “Flash” texnologiyasını dəstəkləməyəcək. Bu barədə “Adobe” şirkəti məlumat verib. Korporasiyanın nümayəndələri qeyd ediblər ki, “Flash Player”-i ehtimal ki, digər mənbələrdən qeyri-rəsmi olaraq quraşdırmaq mümkün olacaq, lakin o, “Android 4.1” əməliyyat sistemi ilə düz işləməyəcək.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, avqustun 15-dən etibarən “Flash Player”-i “Google Play” onlayn mağazasından yükləmək mümkün olmayacaq. Əgər avqustun 15-nə qədər “Android 2.3” platforması ilə işləyən qurğuların sahibləri “Flash Player” quraşdırmasalar, o zaman onsuz qalacaqlar.





 
EMİL




Baxış sayı: 1417

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024