12px13px15px17px
Tarix:30/06/12

“iPhone” smartfonu 5 yaşını qeyd edir

“iPhone” smartfonu - telefon bazarını mühüm dərəcədə dəyişdirmiş inqilabi qurğudur. 2007-ci il iyunun 29-da ABŞ-da yerli vaxtla saat 18:00-da satışa çıxarılıb.

“ICTnews.az” elektron xəbər xidməti “ria.ru” saytına istinadən  bildirir ki, satışların başlanmasından sonrakı birinci gün ərzində təxminən 270 min ədəd “iPhone” smartfonu satılmışdı.   Qurğunun bazar üçün yeni, yalnız bir ölkədə və “AT&T” mobil operatoru tərəfindən satılmasını nəzərə alsaq, bu, yüksək göstərici idi. Bundan əlavə, smartfonun qiyməti kifayət qədər baha idi; 4 qiqabayt daxili yaddaşa malik modelin qiyməti 499 dollara bərabər idi.

Qurğu ümidləri yanıltmadı - hərçənd ki, o zaman artıq sensor ekrana malik telefonlar mövcud idi, “iPhone” smartfonu onları xüsusiyyətlərinə və interfeysinə görə üstələyirdi. Məsələn, qurğunun ekranı çoxsaylı toxunuşları emal edirdi, bu da proqramları idarə etmək üçün yeni üsullar tətbiq etməyə imkan  verdi.
“Strategy Analytics” analitik şirkətinin məlumatına görə, 5 il ərzində təxminən 250 milyon “iPhone” smartfonu satılıb.
 


EMİL




Baxış sayı: 1190

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024