12px13px15px17px
Tarix:30/06/12

Rəqəmli fotoaparatların satış həcmi azalır

“Mintel Technology” şirkəti rəqəmli fotoaparat və videokameraların satışlarından qazanılan gəlirin azalmasını qeyd edib.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, tədqiqat Böyük Britaniyada aparılıb. Hesablamalara görə, 2011-ci ildə fotoaparat bazarının həcmi  təxminən 742 milyon avro təşkil edib.

Bu, 2006-cı illə müqayisədə 29 faiz azdır. Proqnozlara görə, 2016-cı ilədək tələbat 649 milyon avroya qədər azalacaq.

Videokamera seqmentində də eyni vəziyyət müşahidə olunur: 5 il ərzində satış həcmi 21 faiz azalıb.
Analitiklər səbəb kimi istehlakçıların foto və videoları tez-tez smartfonlar vasitəsilə çəkdiklərini göstəriblər.



EMİL




Baxış sayı: 804

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024