12px13px15px17px
Tarix:02/07/12

Ultrabuk və bahalı noutbukların satış həcmi artmağa başlayıb

İlk dəfə ötən il təqdim edilmiş ultrabuklar əvvəlcə yüksək tələbata malik deyildilər. Buna səbəb onların qiymətinin baha olması idi. İkinci nəsil və daha ucuz qiymətə malik modellərin istehsalı ilə vəziyyət xeyli dəyişdi və bahalı noutbuk modellərinə tələbat artmağa başladı.

“ICTnews.az” elektron xəbər xidməti “infox.ru” saytına istinadən  bildirir ki, bu fakt haqqında mobil bazar üzrə tədqiqat aparmış  “NPD” analitik şirkəti məlumat verib. Şirkətin informasiyasına görə, 700 dollar dəyərində olan noutbukların satış həcmi 1 il ərzində 5 faiz artıb və satılmış noutbukların ümumi sayının 17 faizini təşkil edib. Tədqiqatçılar, həmçinin 900 dollar dəyərində olan noutbuklara tələbatın artmasını qeyd ediblər; o, ötən illə müqayisədə 39 faiz təşkil edir.

“NPD” analitik şirkəti ultrabukların orta dəyərini hesablayaraq belə nəticəyə gəlib ki, onlar bu parametr üzrə noutbuklarla əvvəlki kimi   rəqabət apara bilmirlər. Belə ki, noutbukların orta dəyəri 510 dollar təşkil edir. Netbukların qiyməti daha ucuzdur.

Lakin onların korpusu kifayət qədər qalındır və ultrabuklarla müqayisədə avtonom iş vaxtı daha azdır. Bununla belə, bir çox istehsalçılar ultrabuklara üstünlük verərək tədricən netbuk istehsalından imtina edirlər.
 
EMİL




Baxış sayı: 2221

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024