12px13px15px17px
Tarix:02/07/12

Azərbaycan saytlarının reytinqi açıqlanıb

Dünyanın tanınmış “Alexa.com” reytinq saytı Azərbaycandan izlənilən ən populyar saytların adını açıqlayıb. “ICTnews.az” elektron xəbər xidməti məlumat verib ki, reytinq saytı ilk 50-də daha çox əcnəbi portalların yer aldığını bildirir.

Onların açıqladığı rəqəmlərə görə, azərbaycanlıların ən çox izlədiyi saytların ilk beşliyində “Facebook”, “YouTube”, “Google.az” , “Google.com” və “Mail.Ru” yer alır. İlk 50-yə Azərbaycanın cəmi 23 saytı düşüb. Ən maraqlısı odur ki, bu 23 saytın da əksəriyyəti (15) xəbər resurslarıdır. Digər 8 saytdan üçü əyləncə portalı, ikisi alqı-satqı saytı, ikisi xidmət saytı, digəri isə mobil operatorlardan birinin rəsmi saytıdır.

Məlumat üçün bildirək ki, xəbər resurslarının reytinqində yer alan saytlardan ikisi rusdillidir : “Day.az” və “1news.az”. Biri isə qəzet saytıdır. Xəbər agentliklərindən yalnız ikisi bu siyahıya düşüb: “Apa.az” və “Trend.az”.

Onu da bildirək ki, “Alexa” saytların reytinqini tərtib edərkən, yalnız izləyici sayını deyil, digər nüfuzlu saytların ona istinadını, məlumatlarını paylaşmasını və s. bu kimi amilləri də nəzərə alır. Elə məhz bu səbəbdəndir ki, ölkənin yüzlərlə saytından yalnız çox az qismi sözügedən reytinq cədvəlinə salınıb.

SEYMUR




Baxış sayı: 5266

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024