12px13px15px17px
Tarix:03/07/12

Nazir Rumıniyanın «SİVECO» şirkətinin prezidenti ilə görüşüb

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Rumıniyanın «SİVECO» şirkətinin prezidenti xanım İrina Sokolla görüşüb. Görüşdə nazir Əli Abbasov ölkəmizdə İKT sahəsində həyata keçirilən tədbirlər, əldə olunan nailiyyətlər barədə qonağa ətraflı məlumat verib.

Son illər  İKT sektorunda Rumıniya ilə əlaqələrin daha da genişləndiyini bildirən nazir  birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən  «Elektron dərslər» layihəsini yüksək qiymətləndirib. Nazir layihənin II mərhələsinin həyata keçirilməsini məqsədəuyğun sayıb.

«SİVECO»-nun yerli şirkətlərlə əməkdaşlıq etdiyini  qeyd edən nazir bundan sonra da həyata keçirilən layihələrdə birgə əməkdaşlığın genişləndirilməsinin səmərəli olacağını bildirib.
Öz növbəsində İ.Sokol rəhbərlik etdiyi şirkət və onun Azərbaycanda gördüyü işlər barəsində məlumat verib. O bildirib ki, «SİVECO» Mərkəzi-Şərqi Avropanın aparıcı proqram təminatı şirkətidir.

İstehsal etdikləri proqram təminatı məhsullarının bir sıra ölkələr tərəfindən istifadə olunduğunu vurğulayan İ.Sokol Azərbaycanda «Ultra» şirkəti ilə birgə 50 orta məktəbdə «kağızsız dərslər» (elektron dərslər) layihəsinin birinci mərhələsini uğurla başa vurduqlarını  deyib.

Proqramın II mərhələsinin daha çox məktəbi əhatə edəcəyini bildirən  İ.Sokol  əlavə edib ki, belə bir layihəni artıq Rumıniyada reallaşdırıblar: «Bu layihə Rumıniyada həyata keçirilib  və olduqca müsbət nəticələr əldə edilib. Rumıniyada  5-12-ci siniflərdə dərslərin 80 faizi elektronlaşdırılıb. Bu istiqamətdə böyük təcrübəmiz var».

SEYMUR




Baxış sayı: 1153

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024