12px13px15px17px
Tarix:03/07/12

Argentinanın məşhur internet portalı ölkəmizin iqtisadi uğurlarından bəhs edib

Argentinanın məşhur “La Politica Online” analitik informasiya portalında Azərbaycanın iqtisadi uğurlarından söz açan məqalə dərc olunub.

Ölkəmizin son illərdəki  iqtisadi inkişafının təqdim olunduğu məqalədə Azərbaycanın timsalında  iqtisadi artıma  ziyan vermədən  inflyasiyaya qarşı  mübarizə imkanlarından  danışılır. 

Bildirilir ki,  Azərbaycanda  iqtisadi artım 10 il ərzində orta hesabla  11 faiz təşkil etmiş, dünyanın maliyyə böhranı  içində olduğu son üç ildə isə 8 faiz  təşkil etmişdir.  Məqalədə qeyd edilir ki,   Dünya Bankının informasiyasına görə,  1994-cü il üçün 1385 faiz təşkil edən  inflyasiya  səviyyəsi  2008-ci ildə  27 faizə düşmüş, 2012-ci ilin  proqnozlarına görə  isə 1,8 faizdən çox olmayacaqdır

Məqalədə deyilir: “Çinin sürəti ilə inkişaf edən bu ölkədə  inflyasiyanın səviyyəsi  iki faizdən azdır”.
Məqalədə o da vurğulanır ki, inkişaf prosesində ölkədə  900 min iş yeri açılmış, birbaşa  xarici investisiyaların orta illik artımı  5,2 faiz təşkil edir. Bundan əlavə, xarici ticarətdə müsbət saldonun, 29 milyard ABŞ dolları həcmində valyuta ehtiyatlarının  olduğu  qeyd olunmuşdur ki, bu da  ölkənin ümumi  maliyyə fondunun 60 faizinə bərabərdir.  2010-cu ildə  xarici ticarət  34 faiz, bank  aktivləri 25 faiz artmışdır. 

Xüsusi vurğulanır ki,   bütün bu inkişaf  Ermənistanın hərbi təcavüzü fonunda baş verir.
Məqalədə qeyd edilir ki,  Azərbaycanın bazar iqtisadiyyatına keçməsinə baxmayaraq,  ölkədə  Dövlət Neft Şirkəti saxlanılıb.  Son illər  iri qaz yataqları  aşkar edilib. Məqalədə  Azərbaycanın sərmayələrdən başqa  böyük gəlir  götürdüyü, aqrar sahəyə kredit və subsidiyalar ayırdığı da diqqətə çatdırılır.
Məqalənin tam mətni ilə aşağıdakı link vasitəsilə oxumaq olar:

http://www.lapoliticaonline.com



Baxış sayı: 1234

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024