12px13px15px17px
Tarix:03/07/12

Argentina ilə texnologiyaların mübadiləsi üçün imkanlar müzakirə olunacaq

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu  (AZPROMO), Argentina XİN və Ticarət Katibliyinin birgə təşkilatçılığı ilə 3-4 iyul tarixlərində Azərbaycan-Argentina biznes forumu keçiriləcək. Forum çərçivəsində iki ölkənin şirkətləri arasında yeni texnologiyaların mübadiləsi imkanlarının dəyərləndirilməsi, ticarət, habelə birgə istehsal, sərmayə və xidmətlər üzrə müştərək müəssisələrin yaradılmasına dair mövzuların müzakirəsi məqsədilə ikitərəfli görüşlər olacaq.

Biznes forumda iştirak etmək üçün Argentina ticarət missiyasına informasiya texnologiyaları, kənd təsərrüfatı texnologiyaları, kənd təsərrüfatı və ərzaq malları, ərzaq məhsullarının istehsalı texnologiyaları, şərabçılıq malları və texnologiyaları, aqrokimya, farmaseptika, xəstəxana ləvazimatları, neft, sənaye cihazları, avtomobil, məişət texnikası, inşaat, mebel, təmizlik ləvazimatları, kosmetika, ayaqqabı və dəri məhsulları, tekstil, xidmətlər kimi sektorlardan olan şirkətlər daxildirlər.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, 3-4-iyul tarixlərində Argentinanın Xarici işlər və Etiqad naziri Hektor Timerman və Daxili ticarət üzrə dövlət katibi Giullermo Morenonun rəhbərliyi ilə Argentina ticarət missiyası Azərbaycanda səfərdə olacaq.

Regional xarakter daşımayan və yalnız Azərbaycana nəzərdə tutulan bu missiya xüsusi təyyarə reysi ilə birbaşa olaraq Buenos-Ayresdən Bakıya gələcək. Son dövrdə intensiv inkişaf yaşayan Azərbaycan-Argentina əməkdaşlığı çərçivəsində həyata keçirilən bu səfərin məqsədi iki ölkə arasında bütün sektorlarda əlaqələrin genişləndirilməsinə, xüsusilə də iqtisadi-ticarət əməliyyatlarının və sərmayələrin təşviqinə təkan verməkdir.
 
HƏQİQƏT




Baxış sayı: 1419

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024