12px13px15px17px
Tarix:03/07/12

“Azərsu” tərəfindən reallaşdırılan layihələrin icrasında ən son texnologiyalar tətbiq olunacaq

Hidrotexniki qurğuların tikintisi zamanı ən son texnologiyanın tətbiqi, su təchizatı və kanalizasiya sistemlərinin müasir üsullarla idarə olunması, içməli su və çirkab suların laborator analizlərinin beynəlxalq standartlara uyğun aparılması üçün gənc mütəxəssislərə böyük ehtiyac var.

Bakıda və regionlarda reallaşdırılan layihələrin icrasında ən son  texnologiyaların tətbiq olunması məqsəd kimi qarşıya qoyulub. “ICTnews” elektron xəbər xidmətinə bu barədə “Azərsu” ASC-dən məlumat verilib.

Qurumdan bildirilib ki, gənc mütəxəssislərə tələbatı nəzərə alaraq, onların işə cəlbi, qabaqcıl təcrübənin öyrənilməsi üçün gənc mütəxəssislərin xaricdə təlimlərə göndərilməsi nəzərdə tutulur. Artıq iyul ayının əvvəllərində bu mütəxəssislərdən təşkil olunmuş 20 nəfərlik ilk qrup Türkiyəyə ezam olunacaq.

Bundan başqa, Almaniya şirkətləri ilə də danışıqlar aparılır və payız aylarında gənc mütəxəssislərin bir qismi Ştutqart şəhərində təcrübə mübadiləsi keçəcəklər: “Yerli kadrların Ştutqart şəhərində “RBC Wave Gmbh” şirkətində təlim keçmələri ilə bağlı ilkin danışıqlar davam etdirilir. Artıq sentyabr-oktyabr aylarında 10 nəfərlik ilk qrup təlimlərə başlaya biləcək.

50 ildən artıq su təchizatı və kanalizasiya xidmətləri sahəsində ixtisaslaşmış “RBC Wave Gmbh” şirkəti tərəfindən azərbaycanlı mütəxəssislərə emal və istismar prosesində ən son texnoloji avadanlıqlarla təlimlər keçiriləcək. Növbəti mərhələdə almaniyalı mütəxəssislər təlim keçmək üçün Bakıya gələcək və bu zaman ilk qrupda təmsil olunan mütəxəssislərin təcrübəsindən də istifadə olunacaq. Ümumiyyətlə, gənc mütəxəssislərin təcrübəli kadr kimi yetişməsi, eləcə də kadr potensialının gücləndirilməsi  üçün onların hər birinin bu proqramlarda iştirakı nəzərdə tutulur”.
 
 
HƏQİQƏT




Baxış sayı: 854

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024