12px13px15px17px
Tarix:03/07/12

“Samsung” və “Google” “Apple”-ə qarşı birləşiblər

“Samsung” kompaniyası “Apple”  üzərində qələbəni “Google” şirkətinin köməyi ilə qazanmağı planlaşdırır. “Ağıllı telefon”ların iki ən böyük istehsalçısı arasında patent müharibəsi 50-dən çox iddia ilə 10 ölkədə davam etməklə, artıq qlobal xarakter alır.

“ICTnews” elektron xəbər xidmətinin “http://it-news-world.ru/”  saytına istinadən verdiyi məlumata görə, Kaliforniya məhkəməsinin Amerikada “Samsung Galaxy Nexus”un satışına qadağa qoyması ilə bağlı ilk qərarından sonra “Samsung” kompaniyası analoji addımı atmaqla mübarizə cəhdlərini gücləndirməyə qərar verib.

Qeyd edək ki, “Apple” koreyalı rəqibini “iPhone” və “iPad”-in dizaynının surətlərinin çıxarılmasında, “Samsung” isə qarşılıqlı olaraq, ona məxsus patentlərin pozulmasında ittiham edir. “Samsung” “Apple”-dən bazara çıxarılan hər “iPhone” və iPad”-in pərakəndə satış qiymətinin 2.4 faizi həcmində ödəniş tələb edir.

“Apple” şirkətində isə iddia edirlər ki, bu, simsiz texnologiya üzrə patent üçün çox böyük qiymətdir. Hazırda Avropa Komissiyası “Samsung”un öz texnologiyalarının dəyərini həddindən artıq şişirtməsi ehtimalı ilə bağlı araşdırma aparır. Analoji tədqiqat “Motorola Mobility”-nin əldə edilməsini yeni başa vuran “Google” kompaniyasına qarşı da həyata keçirilir.
 
HƏQİQƏT



Baxış sayı: 1273

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024