12px13px15px17px
Tarix:04/07/12

Qusarın Gündüzqala kəndində elektron ATS istismara veriləcək

Yaxın günlərdə Qusar rayonunun  Gündüzqala kəndində Türkiyənin “KAREL” şirkətinin istehsalı olan 128 nömrə tutumlu DS 200 tipli elektron ATS istismara verilməsi planlaşdırılır. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə Qusar Telekommunikasiya Qovşağının rəisi Fərhad Pirmətov məlumat verib.

Onun sözlərinə görə, yeniliyin tətbiqindən sonra  bütün kənd sakinlərinin evlərinin telefonlaşdırılması mümkün olacaq, artıq bu istiqamətdə irəliləyişlərə nail olunub.

Qeyd edək ki, son statistik hesablamalara görə, Qusar rayonunda rabitə sahəsi sürətlə inkişaf edir. Rayonda və bütün kəndlərdə yuxarıda adıçəkilən şirkətin istehsalı olan EATS-lər sakinlərin istifadəsindədir.

Hal-hazırda rayonda 2 şəhər EATS, 27 kənd EATS, 9 mini- EATS və 35 peyk rabitəsi istismardadır. Rayon üzrə 9964 nömrə montaj tutumu mövcuddur, bundan 8343 nömrə istifadə olunur.

RƏVAN




Baxış sayı: 958

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Sentyabr 2020

20 09 2020