12px13px15px17px
Tarix:04/07/12

ARDNŞ “3D” seysmik kəşfiyyat işlərini davam etdirir

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tapşırığı əsasında “Kəşfiyyatgeofizika” idarəsi tərəfindən Neft-Qaz Emalı və Neft Kimya Kompleksinin inşa olunacağı  ərazidə  yerinə yetirilən  “3D” seysmik kəşfiyyat işləri uğurla başa çatdırılıb.

“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə idarənin məlumatında deyilir.
Məlumatda bildirilir ki,  müxtəlif təyinatlı kommunikasiya xətləri, mürəkkəb yerüstu və dərinlik seysmogeoloji  şəraiti ilə səciyyələnən tədqiqat sahələrində işlər ətraf mühitin qorunması, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına tam riayət olunmaqla aparılıb. 

Hazırda materialların ilkin təhlili yerinə yetirilir. Alınmış məlumatların emal və interpretasiyası nəticəsində tədqiqat sahəsinin geoloji quruluşu dəqiqləşdiriləcək, mövcud olan tektonik qırılmalar, onların amplitudu və istiqamətləri müəyyənləşdiriləcək.


CAHANGİR




Baxış sayı: 1516

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024