12px13px15px17px
Tarix:04/07/12

Dünyada ilk dəfə olaraq robot insan müdaxiləsi olmadan qaraciyər transplantasiyasını həyata keçirib

Palmeoda “ISMETT” Transplantasiya Mərkəzində robot uğurlu qaraciyər transplantasiyası aparıb. Bu, insan müdaxiləsi olmadan dünyada aparılan ilk cərrahi əməliyyatdır.

“ICTnews” elektron xəbər xidmətinin “http://it-news-world.ru/”  saytına istinadən verdiyi məlumata görə, əməliyyat bu ilin mart ayında həyata keçirilib. Amma əməliyyatla bağlı məlumatlar daha geç- pasiyent  xəstəxanadan çıxdıqdan və əməliyyatın keyfiyyətli nəticəsini təsdiqləyən  müvafiq müayinədən keçdikdən sonra dərc olunub.

Bu mürəkkəb əməliyyatı həyata keçirən robot “Da Vinci ShDI”  adlanır. İki qardaş üzərində aparılan bu əməliyyatda qardaşlardan biri donorluq edib. Prosesə istənilən an idarəetməni saxlayıb müstəqil olaraq əməliyyatı davam etdirə bilən təcrübəli cərrahlar nəzarət ediblər. Sağlam ciyəri müvafiq yerə ehtiyatla yerləşdirmək üçün robota düz 10 saat lazım olub.

“ISMETT” Transplantasiya Mərkəzində hesab edilir ki, cərrahiyyə transplantasiyasında yeni texnologiyaların tətbiqindən istifadə çox vacibdir. Çünki texnologiyalardan istifadə xəstəyə  zərər ehtimalını əhəmiyyətli dərəcədə azalda bilər. Bu, eyni zamanda könüllü donorların sayının artmasına da gətirib çıxaracaq.
 
HƏQİQƏT




Baxış sayı: 1201

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024