12px13px15px17px
Tarix:05/07/12

Azərbaycanda kompyuter vasitəsilə uduşlu oyunların keçirildiyi kazino aşkar edilib

Vergilər Nazirliyinin Vergi Auditi Departamenti tərəfindən vergi nəzarəti tədbirləri həyata keçirilərkən  paytaxtın Səbail rayonu ərazisində Zərifə Əliyeva küçəsi, 28 ünvanında yerləşən obyektdə kompyuter vasitəsilə uduşlu oyunların keçirildiyi kazino aşkar edilib.

Kazinoda Qəmbərov Nizami Hüseyn oğlunun fəaliyyət göstərdiyi müəyyən edilib və həmin şəxs eyni zamanda uduşlu oyunların operatoru vəzifəsinin icraçısı olduğunu bildirib.“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Vergilər Nazirliyinin yaydığı məlumatda deyilir.

Məlumatda bildirilir ki, keçirilən nəzarət zamanı Qəmbərov Nizami Hüseyn oğlunun əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına əməl etmədiyi müəyyən olunaraq müvafiq sənədləşmələr aparılıb.

Tədbir zamanı maddi sübut kimi əhəmiyyət kəsb edən və qanunsuz əldə olunan gəlirlər barədə məlumatların daşıyıcısı olduğu ehtimal edilən 6 ədəd kompyuter prosessoru aşkar edilərək götürülüb. Hazırda qanunsuz oyunların təşkilatçılarının dəqiqliklə müəyyən edilməsi, əldə olunan gəlirlərin həcminin dəqiqləşdirilməsi və vergi qanunvericiliyinin tələblərinin tətbiqi istiqamətində araşdırmalar davam etdirilir.
Vergilər Nazirliyi bir daha xəbərdarlıq edir ki, qanunsuz fəaliyyət göstərən bütün şəxslər barədə qanun çərçivəsində tədbirlər görüləcək.

CAHANGİR




Baxış sayı: 1005

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024