12px13px15px17px
Tarix:05/07/12

Direktor olmaq istəyənlər elektron imtahan verəcək

Azərbaycanda ümumtəhsil məktəblərinə direktorların işə qəbulu ilə bağlı imtahan keçiriləcək. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov açıqlama verib.

O bildirib ki, hazırda ölkə üzrə 30-dək məktəbdə vakant direktor yeri var və bu yerlər üçün namizədlər tərəfindən sənədlər təqdim edilib. Vakant direktor yerlərinin hamısının regionlar üzrə olduğunu vurğulayan F.Qədirovun sözlərinə börə,  həmin yerlərin tutulması üçün yaxın vaxtlarda imtahan keçiriləcək: «Azərbaycanda məktəb direktorlarının işə qəbulu artıq 3-cü ildir ki, yeni qaydada həyata keçirilir.

Məktəb direktorlarını Təhsil Nazirliyi təyin və vəzifədən azad edir. Onların namizədliyi rayon təhsil şöbələri tərəfindən irəli sürülür. Sənədlər Təhsil Nazirliyinə daxil olduqdan sonra araşdırılır. Tələblərə cavab verən namizədlər elektron imtahan verirlər”.

Şöbə müdirinin sözlərinə görə, Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsində keçirilən imtahanda namizədlərə idarəetmə, təhsil qanunvericiliyi və informasiya-kommunikasiya bacarıqları üzrə suallar təqdim edilir: “İmtahanları müvəffəqiyyətlə verən namizədlər üçün sonradan nazirin iştirakı ilə müsahibə təşkil edilir. Bundan sonra direktor təyinatı ilə bağlı qərar verilir”.

SEYMUR




Baxış sayı: 565

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020