12px13px15px17px
Tarix:05/07/12

Nəhəng İT şirkəti vergi ödəməkdən yayınır

Həftə ərzində başı qalmaqallardan ayılmayan “Microsoft” kompaniyası bu dəfə də Fransada vergi ödəməkdən yayınma ittihamları ilə üzləşib. “ICTnews” elektron xəbər xidmətinin “http://itnovosti.org.ua/” saytına istinadən verdiyi məlumata görə, hakimiyyət orqanları proqram nəhənginin fırıldaqçılığı ilə bağlı tam həcmli araşdırmalara başlayıblar.

Ehtimal olunur ki, “Microsoft” gəlir vergisi ödəməmək üçün gizli yolla offşor şirkətlərin vasitəsilə pul vəsaitlərini Fransadan çıxarıb.

Bu da Fransa qanunvericiliyinə görə kobud pozuntu hesab olunur. Fransa KİV-nin də yazdığına görə, ötən həftə “Microsoft” kompaniyasının Fransadakı nümayəndəliyində vergi polisi xüsusi reyd keçirib. Hazırda isə vergi orqanları sözügedən nümayəndəlikdə son 4 ilin maliyyə sənədlərini yoxlayırlar.

Hərçənd “Microsoft France” Fransada yerləşməklə bu ölkənin insan və maddi resurslarından yararlansa da, biznesini fransız müştərilərlə aparsa da, “Microsoft” həmin müddətdə, demək olar ki, korporativ vergi ödəməyib.

Fransada korporativ vergi 33 faiz təşkil edir. Buna görə də “Amazon” və “Google” kimi şirkətlərin əksəriyyəti Fransa üzərindən gəlir vergisinin 12,5 faiz təşkil etdiyi İrlandiyanın xeyrinə mürəkkəb pulköçürmə əməliyyatları aparırlar.  

Fransa hökuməti artıq neçə ildir ki, vergi fırıldaqlarına qarşı fəal mübarizə aparır, həmçinin Avropa Komissiyası üzvləri üçün vahid vergi bazasının yaradılmasına çalışır.
 
HƏQİQƏT




Baxış sayı: 1209

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Aprel 2024

16 04 2024