12px13px15px17px
Tarix:06/07/12

Smart-kart tipli sayğacların quraşdırılması sudan qeyri-qanuni istifadə hallarının aşkarlanmasını asanlaşdırır

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti içməli suyun dəqiq uçotunun aparılması və sudan qeyri-qanuni istifadə hallarının aradan qaldırılması istiqamətində nəzarət tədbirlərini davam etdirir. Son vaxtlar bu sahədə nəzarət tədbirləri gücləndirilsə də, təəssüflər olsun ki, hələ də bəzi abunəçilər içməli sudan sayğacdankənar və müqavilə bağlamadan istifadə edirlər.

Son vaxtlar qeyri-əhali qrupu üzrə smart-kart tipli sayğacların quraşdırılması belə halların aşkarlanmasını daha da asanlaşdırır.  “ICTnews” elektron xəbər xidmətinə bu barədə “Azərsu” ASC-dən məlumat verilib.

Qurumdan bildirilib ki, “Su təchizatı və tullantı suları haqqında” qanunun tələblərini əsas götürməklə “Azərsu” ASC-nin Kommersiya və Daxili nəzarət departamentlərinin əməkdaşlarının həyata keçirdikləri nəzarət tədbirləri nəticəsində təkcə iyun ayında paytaxtın müxtəlif rayonlarında içməli sudan qeyri-qanuni istifadə ilə bağlı  80-ə qədər  fakt aşkarlanıb. Belə hallara daha çox şadlıq evləri və restoranlarda, hamam, camaşırxana, avtoyuma və kimyəvi təmizləmə məntəqələrində rast gəlinir.

Bundan başqa, həyata keçirilən nəzarət tədbirləri nəticəsində Bakı şəhəri Xətai rayonu Mehmandarov küçəsi 92 ünvanında  fəaliyyət göstərən “Nostalji” avtoyuma obyektində sudan qeyri-qanuni istifadə faktı aşkarlanıb. Belə ki, təqribən 1  ay əvvəl “ALFASU” smart-kart sayğacı ilə təmin olunmuş obyekt ötən müddətdə heç bir ödəniş aparılmadan fəaliyyət göstərib.

Obyektin su təchizatı sisteminə baxış keçirilərkən məlum olub ki, obyekt 100 mm diametrli çirkab su xəttinin içi ilə çəkilmiş 20 mm diametrli su xətti ilə qidalanır.  Bununla əlaqədar obyekt sahibinin iştirakı ilə fakt aktlaşdırılıb və obyektin su təchizatı dayandırılıb.
 
HƏQİQƏT





Baxış sayı: 869

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024