12px13px15px17px
Tarix:07/07/12

Məcburi köçkünlər üçün salınan qəsəbədə yeni EATS tikiləcək

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi  "Aztelekom" İB-nin dəstəyi ilə Mingəçevirdə informasiya texnologiyaları sürətlə inkişaf edir. Şəhərdə bu istiqamətdə yeni bir layihə kimi qaçqın və məcburi köçkünlər üçün tikilən yeni qəsəbədə müasir 512 nömrə tutumlu  elektron ATS tikilməsi planlaşdırılır.

Mingəçevir TKQ-nın rəisi Mustafa Muradovun verdiyi məlumata görə, 10 9 mərtəbəli binadan ibarət olacaq qəsəbədə bütün sosial obyektlərlə yanaşı, müasir rabitə xidmətinin yaradılması diqqət mərkəzindədir.

Onun bildirdiyinə görə, yeni stansiya mərkəzi EATS-ə optik kabel xətti ilə bağlanacaq ki, bu da istifadəçiləri daha rahat, daha keyfiyyətli rabitə xidməti ilə yanaşı, bütün multimedia xidmətlərindən istifadəsinə şərait yaradacaq. M. Muradov  bildirib ki, EATS-6-nın tutumunun 700 nömrə artırılaraq 3772 nömrəyə çatdırılması planlaşdırılır.

Bundan başqa şəhərdə bütün yerüstü kabel xətlərinin kabel kanalizasiya quyuları tikilərək yeraltı aparılması planlaşdırılır. Qeyd edək ki, Mingəçevir şəhərində ümumi tutumu 21840 nömrə olan elektron ATS-in 1000 nömrəsi CDMA tipli simsiz telefon rabitə xidmətidir. Hazırda qovşaq  20953 abunəçiyə xidmət göstərir.

Şəhərdə internet istifadəçilərinin sayında da kifayət qədər artım var. Belə ki, hazırda şəhər üzrə 2500 genişzolaqlı internet abunəçisi var. Ötən il aztelekom.net internet provayderinin 88 abunəçisi olduğu halda indi bu rəqəm 891-dir. Şəhərdə fəaliyyət göstərən bütün internet provayderlərə bərabər şərait yaradılıb. 

Şəhərdə internet klubların sayı kifayət qədərdir. Əhalinin internet xidmətinin keyfiyyətinin artırılması məqsədi ilə internet avadanlığında təkmilləşdirmə işləri genişləndirilərək internet kanalların sayı artırılıb. Odur ki, ADSL genişzolaqlı internet kanalının köməyi ilə bütün abunəçilərin istəklərinə uyğun yüksək tezlikli internet xidmətindən istifadə etmək imkanı yaranıb.

Mingəçevir TKQ-da bu il müddətində boş tutumun istifadəyə verilməsində, əhalinin, o cümlədən güzəştli vətəndaşların, şəhid ailələrinin, Qarabağ əlillərinin, məcburi köçkünlərin telefona olan ehtiyacını ödəmək məqsədi ilə əlavə ehtiyat hissələrindən istifadə etməklə «Aztelekom» İB-nin tapşırığı və köməyi nəticəsində çoxsaylı vətəndaşlar telefonla təmin edilib. Xüsusən şəhərdə olan dörd qəsəbədə məcburi qaçqın və köçkünlər üçün salınmış «Yeni Həyat» qəsəbəsində, Tərəvəzçilik sovxozunda, «Günəşli» qəsəbəsində, Mingəçevir kəndində də əhalinin telefona olan ehtiyacı təmin edilib.
 




Baxış sayı: 833

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






07 Aprel 2020

07/04/20
Qrafik prosessor istehsalçısı “COVID-19” ilə mübarizə üçün “HPC” konsorsiumuna qoşulub

“NVIDIA” şirkəti yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizəyə yönələn “High Performance Com

07/04/20
“Snapdragon 712” prosessoru və ikiqat selfi kamera ilə təchiz edilmiş “vivo V19” smartfonu təqdim edilib

“Vivo” şirkətinin qurğular çeşidinə “vivo V19” adlı model də əlavə edilib.

07/04/20
“Apple” 20 milyondan çox tibbi maska və qoruyucu ekran istehsal edib

ABŞ-ın “Apple” şirkəti koronavirusun yayılması ilə mübarizə aparmaq məqsədilə 20 milyondan çox tibbi mask

07/04/20
“Samsung Galaxy Chromebook” noutbuku satışa çıxarılıb

Cənubi Koreyanın “Samsung” şirkətinin ilin əvvəlində “CES 2020” beynəlxalq elektronika sərgisində təqdim

06 04 2020

06/04/20
Rəqəmsal xidmətləri əlçatan edən “evdeqal.az” saytı istifadəyə verildi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının 

06/04/20
“Skype”ın yeni funksiyası qeydiyyatsız və proqram quraşdırmadan ünsiyyət saxlamağa imkan verir

“Skype”da qeydiyyatdan keçmək asan prosedurdur. Lakin evdən kənarda zəng etmək lazım olduqda kənar qurğud

06/04/20
Biomühəndislər təhlükəsiz neyron implantları çap etməyi öyrəniblər

Beyin insanın ən həssas orqanlarından biridir. Epilepsiya, parkinson və ağır depressiya kimi bir sıra xəs

06/04/20
“Apple” smartfonları üçün sualtı interfeys hazırlanır

Əksər müasir smartfonlar suya dalmağa dözümlüdür. Lakin belə şəraitdə sensor ekrandan normal istifadə çət

06/04/20
Evdən işləyənlərə haker hücumları barədə xəbərdarlıq edilib

Kibertəhlükəsizlikdə ixtisaslaşan “Herjavec Group” şirkətinin baş direktoru Robert Eryaves koronavirus in

06/04/20
İlk “Realme” televizorunun diaqonalı nə qədər olacaq?

Məşhur smartfon istehsalçısı kimi tanınan Çinin “Realme” şirkəti tədricən yeni istehlak elektronikası seq

06/04/20
“Xiaomi” 30 gün avtonom işləyən “ağıllı” saatını təqdim edib

“Xiaomi” şirkətinin daşınan elektronika çeşidinə “Haylou” brendinə məxsus yeni “ağıllı” saat əlavə ed

06/04/20
“Google” pandemiya dövründə insanların hərəkət etməsini izləyən sayt təqdim edib

ABŞ-ın “Google” şirkəti servis istifadəçilərinin bütün dünya üzrə müxtəlif yerlərdə olması barədə he

06/04/20
Yeni tip ekranlar gözdən əlillərə şəkilləri "görməyə" imkan verir

Müasir noutbuk və kompüterlər gözdən əlillərə mətni barmaqlarının ucu ilə oxumağa imkan verən xüsusi Bray

06/04/20
Ən məhsuldar “Android” smartfonları məlum olub

Mobil telefonların məhsuldarlığını qiymətləndirən “AnTuTu” şirkəti ən güclü smartfonların aylıq siyahısın