12px13px15px17px
Tarix:07/07/12

Azərbaycanda internet medianın dövlət tərəfindən dəstəklənməsi üzrə sənəd hazırlanır

 Azərbaycanda internet medianın dəstəklənməsi üzrə sənəd hazırlanır. Bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistlərə açıqlamasında bildirib.
 
Hazırda bu sənədin Mətbuat Şurasında müzakirə olunduğunu bildirən Ə. Amaşov qeyd edib ki, layihənin hazırlandıqdan sonra müvafiq qurumlara təqdim edilməsi nəzərdə tutulur.
Bununla bağlı təcrübə mövcud olduğunu bildirən şura sədri Rusiya və digər ölkələrdə internet medianın dövlət tərəfindən dəstəkləndiyini xatırladıb.
 
Ə. Amaşov onu da deyib ki, sentyabrda Bakıda internet medianın problemlərinə həsr olunan konfrans keçirilməsi də nəzərdə tutulur. Mətbuat Şurasının sədri hazırda Azərbaycanda 2000-ə yaxın bloq səhifəsinin mövcud olduğunu qeyd edib.




Baxış sayı: 974

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024