12px13px15px17px
Tarix:07/07/12

İqtisadi İnkişaf Nazirliyinin göstərdiyi elektron xidmətlərin təqdimatının təşkili barədə qərar qəbul edilib

İqtisadi İnkişaf Nazirliyinin son kollegiya iclasında “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin, əlaqələndirmə işlərinin vaxtında və keyfiyyətli icrasına dair  Tədbirlər Planının hazırlanması və İqtisadi İnkişaf Nazirliyinin göstərdiyi elektron xidmətlərin təqdimatının təşkili barədə qərar qəbul edilib.

“ICTnews” elektron xəbər xidmətinə bu barədə İqtisadi İnkişaf Nazirliyinin (İİN) mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, İİN-in struktur bölmələrinin, tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş kollegiya iclasında nazirliyin əlaqələndirici olduğu yoxsulluğun azaldılması və davamlı inkişaf, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icra vəziyyəti, istehlak bazarının keyfiyyətsiz və təhlükəli mallardan qorunması istiqamətində həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr, İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər və s. məsələlər müzakirə edilib.
 
HƏQİQƏT




Baxış sayı: 1419

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024