12px13px15px17px
Tarix:09/07/12

“E-poçt” sıradan çıxır?

İnternet şəbəkəsi istifadəçilərinin dinamikasını analiz edən ingilis alimlər belə nəticəyə gəliblər ki,  hamının öyrəşdiyi, məktublaşma üçün gündəlik istifadə etdiyi elektron poçt 10 ildən sonra yoxa çıxacaq.

“Daily.com.ua” saytının yazdığına görə, Kent Universitetinin professoru Devid Seytlinin fikrincə, müvəffəqiyyətlə start götürmüş sosial şəbəkələr və “Facebook”, “Tvitter” kimi sürətli mesaj xidmətləri bir neçə ildən sonra  elektron poçt xidmətini internetin arxivinə göndərəcək. Belə ki, bu saytlar daha dəbdədir və elektron poçtdan fərqli olaraq istifadə üçün daha sürətlidir.

Seytlinin araşdırmalarına görə, 15-24 yaş arasında olan gənc nəsil hələ ki elektron poçtdan istifadə edir. Amma informasiya mübadiləsi üçün  getdikcə tez-tez sosial şəbəkəyə daxil olur. “Elektron poçt xidməti 20 il ərzində indiki səviyyəsinə çatıb. Amma yox olması üçün iki dəfədən artıq vaxt lazım olacaq”- deyə professor bildirib.  



RƏVAN




Baxış sayı: 1357

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024