12px13px15px17px
Tarix:09/07/12

“Xalq kompyuteri” layihəsi çərçivəsində kompyuterlərin satış həcmi sürətlə artır

“Xalq kompyuteri” layihəsi çərçivəsində kompyuterlərin satış həcmində sürətli artım müşahidə olunur. Belə ki, son statistik göstəricilərə əsasən, hazırda  layihə çərçivəsində satılan kompyuterlərin sayı 18435 ədəd təşkil edir.  Bu barədə "İCTnews" elektron xəbər xidməti layihənin rəsmi internet səhifəsinə istinadən məlumat verir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Təhsil Nazirliyi tərəfindən təşkil olunan “Xalq kompyuteri” layihəsi "Microsoft" və "HP" şirkətləri tərəfindən təqdim edilir və təchizat isə "HP" şirkətinin yerli partnyoru olan "BestComp Group" şirkəti tərəfindən həyata keçirilir.

Hazırda bu layihə orta məktəb müəllimləri və şagirdlərinin, ali təhsil müəssisələrinin müəllim və tələbələrinin, dövlət qulluqçularının, həmçinin səhiyyə işçilərinin ailələrinə  güzəştli şərtlərlə kompyuterə sahib olmaq imkanını təqdim edir.




CAHANGİR




Baxış sayı: 1298

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024