12px13px15px17px
Tarix:09/07/12

AVROPADA İLK: Azərbaycanda elektron kitabxana tikiləcək

Gəncə şəhərində tikilməsi nəzərdə tutulan elektron kitabxananın layihəsi hazırlanır. Bu barədə Gəncə Şəhər İcra Hakimiyyətindən verilən məlumatda bildirilir.

Qeyd olunur ki, ən müasir informasiya və kommunikasiya texnologiyaları ilə təmin olunan kitabxananın istifadəyə verilməsi, məktəbəqədər müəssisələrdə, orta məktəblərdə və ali təhsil müəssisələrində tədrisin səviyyəsini yüksəltməklə yanaşı, kitabxanaların əvvəlki şöhrətinin özünə qaytarılmasını təmin edəcək.

Bir daha qeyd edək ki, layihə olaraq qəbul edilən elektron kitabxana bütün keyfiyyətlərinə görə yüksək tələblərə cavab verəcək və Avropada ilk elektron kitabxana kimi də adını tarixə yazdıracaq.

RƏVAN



Baxış sayı: 1732

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020