12px13px15px17px
Tarix:14/07/11

“Microsoft” “Mango” əsasında olan yeni smartfonları göstərib

Los-Anceles şəhərində başlayan “Worldwide Developer Conference” (WPC) 2011 çərçivəsində “Microsoft” şirkəti “Windows Phone 7.1 Mango” əməliyyat sistemi ilə işləyən yeni qurğuları nümayiş etdirib.
Təqdimatı avadanlıq istehsalçıları ilə iş üzrə “Microsoft” şirkətinin vitse-prezidenti Stiv Quqqenxaymer keçirib. O, “Acer”, “Fujitsu”, ZTE və “Samsung” smartfonlarını göstərib. Çəhrayı rəngli korpusda olan “Fujitsu” smartfonu rütubətin daxilə düşməsindən müdafiə olunub. Quqqenxaymer aparatın bu xüsusiyyətini nümayiş etdirmək üçün onu bir neçə saniyə su ilə dolu qabda saxlayıb. Qurğunu sudan çıxartdıqda o, yenə işləməyə davam edib.
Quqqenxaymerin "nazik və yüngül" adlandırdığı “Samsung” smartfonu görünüşcə Cənubi Koreya şirkətinin digər aparatını – “Android” əsasında olan “Galaxy S II”-ni xatırladır. “WP7” əsasında olan digər qurğulardan fərqli olaraq, onda iki kamera - ön və arxa paneldə olacağı güman edilir. Aparatların tam xarakteristikaları və onların satışa daxil olma müddətləri bildirilməyib. “Microsoft” şirkəti “Windows Phone 7.1 Mango” əməliyyat sistemini mayın sonunda təqdim edib. Onun 2011-ci ilin payızına istifadəyə verilməsi nəzərdə tutulub.



Baxış sayı: 1140

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024