12px13px15px17px
Tarix:10/07/12

Fanatları tərəfindən təhqir olunan müğənni rəsmi saytını bağladı

Öz ifası ilə hər kəsin qəlbinə yol tapan Rusiyanın məşhur rok ulduzu Zemfira fanatlarını itirir. Buna səbəb isə müğənninin rəsmi səhifəsində elə onun fanatları tərəfindən dərc olunan təhqiramiz şərhlər olub. Şərhlərdə hətta müğənninin həyatı müzakirə olunur.

Fanatlar onun səhnə davranışı ilə geyimini tənqid obyektinə çeviriblər. Bu isə müğənninin qəzəbinə səbəb olub. Haqqında yayılanları yalnış informasiya adlandıran müğənni emosiyalarını cilovlaya bilməyib və fanatlarına vida məktubu yazıb.
 
Məktubla kifayətlənməyən müğənni rəsmi saytının fəaliyyətini də dayandırıb. Bu sayt isə müğənni haqda xəbər dərc edən yeganə ünvan olub.
 
“Şərhdə yazılan heç bir sözlər mənim üzümə deyilə bilməz. Buna heç kimin cürəti çatmaz. Mənim səhnə mədəniyyətim, geyimim və hərəkətlərim yalnız ən yaxınlarımın müzakirəsinə çevrilə bilər. Mənim bədən quruluşumun isə ümumiyyətlə heç kimə aidiyyatı yoxdur”,-deyən Zemfira əlavə edib ki, o, uzun zamandır səhnədədir və buna görə özünə qarşı hörmət tələb edir.




Baxış sayı: 1189

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024