12px13px15px17px
Tarix:10/07/12

“AMD” şirkəti satış həcminin azalmasını proqnozlaşdırır

“AMD” (Advanced Micro Devices Inc.) şirkəti 2012-ci ilin ikinci rübündə gözlənilmədən satış həcminin azalmasını elan etdikdən sonra onun səhmləri 11 faiz azalıb. Buna səbəb şirkətin məhsuluna Çin və Avropa ərazisində olan zəif tələbatdır.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2012-ci ilin iyununda başa çatmış 3 aylıq dövrün nəticəsinə görə, “AMD” şirkəti ötən rüblə müqayisədə mədaxilin 11 faiz azalmasını proqnozlaşdırır.

“AMD” şirkəti mədaxilin azalmasını Çin və Avropada istehlak həllərinə tələbatın azalması, həmçinin hazır kompyuterlərin satış həcminin azalması ilə əlaqələndirir. “AMD”-nin satış həcminin  azalması digər prosessor istehsalçılarının zəif nəticələrinin müjdəçisi ola bilər, “Sanford C. Bernstein & Co”-nin analitiki  Steysi Rasqon belə hesab edir.

"Şəxsən mən “AMD” şirkətinin yeni məhsul çıxarmaqla dünya bazarında iqtisadi qeyri-sabitliyin öhdəsindən gələcəyinə ümid edirdim, lakin bu, baş vermədi. Hazırda bu vəziyyətin “İntel” şirkətinə necə təsir edəcəyini müşahidə etmək maraqlıdır" - ekspert bildirib.
Məlumat üçün bildirək ki, “AMD” şirkəti 2012-ci ilin ikinci rübü ilə bağlı maliyyə nəticələrini iyulun 19-da elan edəcək.
 
EMİL




Baxış sayı: 1197

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024