12px13px15px17px
Tarix:11/07/12

“Google+” sosial şəbəkəsi “iPad” planşeti üçün tətbiq istifadəyə verib

Ötən ay birinci ad gününü qeyd edən “Google+” sosial şəbəkəsi “iPad” planşeti üçün tətbiq istifadəyə verib. Bu barədə “Google”-un korporativ bloqunda bildirilib.

“ICTnews.az” elektron xəbər xidməti “ria.ru” saytına istinadən  bildirir ki, “Google+”-un “iPad” planşeti üçün tətbiqi ilk dəfə 2012-ci il iyunun sonunda “I/O” istehsalçıları üçün keçirilən konfransda elan edilmişdi. Tərtibatçıların sözlərinə görə, “Google+”-un “iPad” planşeti üçün istifadəyə verdiyi tətbiqin interfeysi daha intuitiv olub və qurğunun xüsusiyyətlərinə uyğunlaşdırılıb.

Məlumat üçün bildirək ki, “Google+”-un əsas rəqibi “Facebook” sosial şəbəkəsi “iPad” planşeti üçün tətbiqi 2011-ci ilin oktyabrında istifadəyə vermişdi. “LinkedIn” sosial şəbəkəsi isə  “iPad” planşeti üçün tətbiqi yalnız 2012-ci ilin aprelində istifadəyə verib.

Hazırda “Google+” sosial şəbəkəsində 250 milyon istifadəçi qeydiyyatdan keçib. “Google+” sosial şəbəkəsinin aylıq auditoriyası 150 milyon insan təşkil edir.
 
EMİL




Baxış sayı: 671

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






03 Avqust 2020

02 08 2020